Bakı. Fuad Cəfərov-APA. Ötən il respublika ərazisində narkotiklərlə bağlı 51 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin ötən ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub.
Narkotiklərlə əlaqədar 2453 cinayət, o cümlədən satışı ilə bağlı 713 fakt aşkarlanıb, 126 nəfərdən ibarət 51 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 596 kiloqram (+39) narkotik vasitə və 50 kiloqram prekursor çıxarılıb, 54.9 kiloqram (+26) narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.
Narkotiklərin qeyri-leqal dövriyyəsi ilə əlaqədar cinayətlərə görə 2181 nəfər məsuliyyətə cəlb olunub, onların 2007-ni (92 faiz)işləməyən və oxumayan , 618-i (28 faizi) əvvəllər cinayət törədən şəxslər, 558-i (26 faizi gənclər ), 45-i (2% qadınlar ) təşkil edib.