Bakı. Şəhriyar Əlizadə - APA. 2012-ci il ərzində Ədliyyə Nazirliyi tərəfindən ictimaiyyət üçün açıq olan Hüquqi Aktların Dövlət Reyestrinin və milli qanunvericiliyin elektron bazasının internet saytına 2072 sənəd daxil edilib.
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Milli Məclisə göndərdiyi 2012-ci il hesabatında qeyd olunub. Hesabatda bildirilir ki, hazırda bazada olan sənədlərin sayı 24900-ə çatıb və il ərzində sayta 129592 başçəkmə qeydə alınıb.
Eyni zamanda ölkədə notariat hərəkətlərin sayı son 10 ildə 3 dəfədən çox artaraq 2012-ci ildə 4,4 milyona çatıb.