Bank Of Baku

Penitensiar xidmətin Baş idarəsinin və tabe qurumların əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

Penitensiar xidmətin Baş idarəsinin və tabe qurumların əməkdaşları qanvermə aksiyasında iştirak ediblər
# 19 noyabr 2013 13:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin Baş idarəsinin və tabe qurumların əməkdaşları Ədliyyə Nazirliyinin Tibb Baş idarəsində talassemiya xəstəliyindən əziyyət əkən uşaqlar üçün keçirilən qanvermə aksiyasında iştirak ediblər.


Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qanvermə aksiyasının həyata keçirilməsi üçün Ədliyyə Nazirliyinin Tibb Baş idarəsində Səhiyyə Nazirliyinin B. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşlarına lazımi şərait yaradılıb. 97 nəfər əməkdaş tərəfindən verilmiş qan zəruri laborator analizlərdən keçirilib və Mərkəzi Qan Bankına daxil edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR