Bank Of Baku

Peşə liseylərinin məzunları “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

Peşə liseylərinin məzunları “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər
# 07 mart 2013 11:03 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı – APA. Peşə liseylərinin məzunları üçün keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni “Şagird-Məzun” sisteminə daxil olub çap edə bilərlər.

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, bunun üçün http://tqdk.gov.az/sagird2013/pageparol.aspx  internet ünvanına keçib “Şagirdlər üçün” düyməsini basmaq, iş nömrəsi, şəxsiyyət vəsiqəsinin nömrəsini və ya TİMS kodunu müvafiq sahəyə daxil etmək və “Daxil ol” düyməsini basmaq lazımdır. Şagird səhifəsində “Buraxılış vərəqi” düyməsini basdıqda? ekrana şagirdin buraxılış vərəqəsinin təsviri ötürülür. “Print” düyməsindən istifadə edərək "Buraxılış vərəqəsi” çap edilməlidir. 


Eyni zamanda peşə liseylərinin məsul şəxslərinə də imtahana buraxılış vərəqələrini öz səhifələrinə daxil olub çap etmək imkanı yaradılıb. İmtahan iştirakçıları “Yaddaş kitabçasını” da çap edib onunla tanış olmalıdırlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR