Bank Of Baku

Peşə təhsili müəssisələrinə sənədlərin qəbulu onlayn rejimdə həyata keçiriləcək

Peşə təhsili müəssisələrinə sənədlərin qəbulu onlayn rejimdə həyata keçiriləcək
# 05 mart 2013 08:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycan təhsil sahəsində növbəti yeniliyə imza atılacaq. Belə ki, peşə təhsili müəssisələrinə sənədlərin qəbulu onlayn rejimdə həyata keçiriləcək”. Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov məlumat verib. O bildirib ki, bu tədris ilindən yeni sistem bütün peşə məktəblərində tətbiq olunacaq. Şöbə müdirinin sözlərinə görə, yeni sistem vasitəsilə peşə təhsili müəssisəsində oxumaq istəyən şəxsin sənəd vermək üçün məktəbə gəlməsinə ehtiyac qalmayacaq: “İstənilən şəxs müvafiq sayta daxil olaraq hansı peşə məktəbində oxuya bilməsi, hansı ixtisasların olması, məktəbin şəraitinin necə olması barədə ətraflı məlumat əldə edəcək. Onlar peşə təhsili müəssisəsində təhsil almaq istədikdə elektron formada sənədlərini göndərəcək və onlara qısa zamanda cavab gələcək ki, nə vaxt sənədlərin əsli ilə peşə məktəblərinə gələrək qeydiyyatdan keçə biləcəklər. Bu ildən peşə məktəblərinə qəbul yeni formada aparılacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR