Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin bu gün keçirilən iclasında “Pirallahı rayonu ərazisində Pirallahı bələdiyyəsinin yaradılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, layihə barədə Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib.
A. Rəhimzadə Pirallahı rayonunun yaradılması ilə bağlı təsdiq olunan sənədləri xatırladaraq bildirib ki, yeni yaranan müstəqil Pirallahı bələdiyyəsi rayonun həyatında mühüm rol oynayacaq.
Layihə səsə qoyularaq qəbul olunub.