Bank Of Baku

Prezident İlham Əliyev Azərbaycanın Kosmik Proqramının məsləhətçisi Roald Saqdeyevi qəbul edib

Prezident İlham Əliyev Azərbaycanın Kosmik Proqramının məsləhətçisi Roald Saqdeyevi qəbul edib
# 18 dekabr 2012 13:51 (UTC +04:00)

 

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev dekabrın 18-də Azərbaycanın Kosmik Proqramının məsləhətçisi akademik Roald Saqdeyevi qəbul edib. APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanın beynəlxalq elmi əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətinə görə R. Saqdeyevin ölkəmizin yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunduğunu deyib, ordeni ona təqdim edib.

 

Öz növbəsində, R. Saqdeyev Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görüldüyünə görə prezident İ. Əliyevə minnətdarlığını ifadə edib.

 

Görüşdə Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılması məsələləri və ölkəmizdə kosmik proqramın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR