Bu fikirləri APA TV-nin efirində “İlqar Rəsul və...” verilişinə qonaq olan "Lent.az" saytının baş direktoru Qabil Abbasoğlu deyib.
Qabil Abbasoğlu doğulub böyüdüyü kəndlə bağlı xatirələrini dilə gətirib: “Böyüklərimizin dediyinə görə, bir vaxtlar Eyvaz və Alı adında iki nəfər olub. Bizim kəndin camaatı da o insanların nəslindən qalanlardır. Ona görə kəndimizin adı Eyvazalılar qalıb. Məktəbimizi çox yaxşı xatırlayıram. İbtidai siniflər məktəbin əsas binasından aralıda olduğuna görə, oraya “Kamçatka” deyirdik. Amma sonra kənddə yeni məktəb binası tikdilər və biz ora köçdük. Köhnə məktəbi kolxoz idarəsinin binası elədilər. İndi də durur o bina. O vaxt harada oxumaq yox, necə oxumaq önəmli idi. Əminliklə deyə bilərəm ki, məktəbin ən yaxşı şagirdi olmuşam. Amma ən yaxşı olmaq məqsəd deyil, nəticədir. Bunun üçün yaxşı işlər görülməlidir. Əgər harasa gəlib çıxmışıqsa, təbii ki, bu, yaxşı oxumağımız nəticəsində olub”.
Qabil Abbasoğlu valideynlərinin bütün arzularının onunla bağlı olduğunu deyib: “Valideynlərim sadə adamlar idilər. Atam məktəbdə direktor müavini idi. Anam evdar qadın idi. Mənim oxumağımda, yaxşı təhsil almağımda çox maraqlı idilər. Yaxşı adamlar idilər. Valideynim olduqlarına görə demirəm, onlar həqiqətən yaxşı adamlar idi. Amma mən də pis adam deyiləm və buna görə onlara borcluyam. Dünyanı onlar tanıdıb mənə”.
Qonaq valideynlərinin bu diqqətinin səbəbini də açıqlayıb: “Açığı, bu, bir az mentalitetlə bağlı idi. Mən 5 qızdan sonra doğulan oğlan idim. Yəqin buna görə valideynlərimin bütün diqqəti mənə yönəlmişdi. Məncə, bacılarım bir qardaş kimi məndən razıdırlar. Heç vaxt mənə görə peşman olmayıblar. Yaxşı qardaş olmağa çalışıram. Deyəsən, alınır. Cəmiyyət üçün böyük mənada etmək istədiklərimizin azını edə bilirik. Amma övladlarım üçün lazım olan zamanı ayıra bilmirəm”.
Qabil Abbasoğlu dini inancla bağlı bəzi suallara cavab axtardığını deyib: “İndiyə qədər inancım barədə belə açıq danışmamışam. Allaha inanmaq istəyirəm. Suallar verirəm, əsasən də kitablardan oxuyub, bu suallara cavab axtarıram. Hələ o suallara normal məntiqin, ağlın və biliyin çərçivəsində cavab ala bilməmişəm. Tez-tez işlətdiyimiz “inşallah”, “maşallah” ifadələri ümumişlək sözlərdir. Dilimizdə başqa sözlərlə əvəz eləmək mümkün olmadığına görə, biz də hamı kimi o sözləri işlədirik. Bunun inancla birbaşa əlaqəsi yoxdur. İnanc insanın şüuruna təsir vasitəsidir. Məncə, nə qədər ki qorxu var, nə qədər ki sevgi var, insanlar özlərindən kənarda nəyəsə inanmaq istəyəcəklər. Buna təbii baxıram, üsyan da etmirəm”.
Tələbəlik və əsgərlik illəri ən təlatümlü dövrə təsadüf edən Qabil Abbasoğlu müstəqillik uğrunda hərəkatın fəal üzvlərindən olub: “O vaxt "Yeni Müsavat" qəzeti gizli nəşr olunurdu. Biz də hərəkat işində Rauf Arifoğlu ilə tanış olduq. 1990-cı ilin martından qəzet qeyri-leqal nəşr olunurdu. Heç vaxt müxbir olmamışam. Ümumi işlərə kömək edirdim, qəzetdə ilk rəsmi statusum baş redaktorun müavini oldu”.
Tanınmış publisist həmin illəri və ilk jurnalistika fəaliyyətini xatırlayıb: “1993-cü ildə “Azərtac”ın Gəncəbasar İnformasiya Mərkəzi yaradıldı. Məni də əməkdaşlığa dəvət etdilər. O vaxt üsluba öyrəşməmişdim. Ona görə çətin idi. Onda Əflatun Amaşov “Azərtac”ın sədr müavini idi. Adətən, dövlət fəaliyyətindən bəhs edən quru xəbərlər tələb olunurdu. Bir gün Əflatun müəllim mənə dedi ki, niyə bölgədən çoxlu məlumatlar vermirsən? Dedim, rəsmi tədbirlər az olur. Dedi, başqa tədbirləri ver. Bir dəfə AXC-nin qərargahında mübahisə düşmüşdü. İndi danışanda gülməli gəlir. Amma doğrudan ciddi hadisə idi. Əflatun müəllimdən bu xəbəri verə biləcəyimi soruşanda çox güldü. İndi də yadımıza salıb gülürük. Demək istəyirəm ki, xəbərə münasibətim fərqli idi. Orada bir il işlədim. Sonra Bakıya gəldim, yeni iş təklif elədilər”.
“İndiyə kimi hədər yaşamamışam. Arzularımın çoxuna çatmışam” – deyən müsahib maddiliyi əsas hesab etmir: “Bəzən dostlar deyirlər ki, daha yaxşı yaşaya bilərdin. Səmimi deyirəm ki, mənim üçün maddilik əsas olmayıb. Vacib olan sevdiyim işlə məşğul olmaqdır. Bunun müqabilində nə alacağım qarşı tərəfin məsələsidir. Həyatı daha rahat yaşamaq üçün insana maddi təminat lazımdır. Amma olmasa da, buna görə üsyan eləmək, sakit danışdığın yerdə çığırmaq və ya çığırırsansa səsini qısmaq lazım deyil. Buna dəyməz, üsyan etməyə dəyməz. Lakin şəxsiyyət önəmlidir, buna görə üsyana dəyər. Şəxsiyyəti qorumaq, insani dəyərləri qorumaq vacibdir. Mənim üçün içində olduğum cəmiyyətin taleyi önəmlidir və bu, həmişə məni çox narahat edir”.
Qabil Abbasoğlu özünü şəxsi mənada çox rahat hesab etsə də, onu narahat edən səbəblərdən də bəhs edib: “Çatışmazlıq hamıda var. Bəzən müəyyən işləri görə bilmirəm, tanış olmaq istədiyim adamlar olur. Yaradıcı işlə məşğul olmaq, kitab yazmaq istəyirəm, amma müəyyən səbəblərdən alınmır. Bu narahatçılıqlara görə üsyan eləmək, ağlamaq, çığırıb-bağırmaq lazım deyil. Mövcud vəziyyətə uyğunlaşmaq lazımdır. Məsələn, mənə bir masanın üstü boyda yer ayrılıb. Dünyanın və mənim imkanlarım nəzərə alınaraq. Başqalarından fərqli deyiləm, mən də bu cəmiyyətin bir üzvüyəm. İşimi orada, həm də insaf və vicdanla yerinə yetirməliyəm”.
Qonaq onu qorxudan məqamlara da aydınlıq gətirib: “Məni nadanlıq, bir də yalan qorxudur. Bu iki şey insanın da, cəmiyyətin də axırına çıxar. Amma fiziki baxımdan indiki zamanda mənə bir şey olmasından qorxmuram. Yəqin ki, yaxınlarım ağrıyacaq. Sevdiyim insanları, məni sevənləri qazanmışam. Çox bağlıyam o adamlara. Əslində, biz olmasaq da, o ictimai missiya öz yolu ilə gedəcək. Çünki yerimizə kimsə gələcək. Yaxşı iş heç zaman sahibsiz qalmır”.
“Anamdan mənə sevgi, məhəbbət qaldı. Bir də tumar. Qalın isti bir sevgi ilə əhatə etmişdi bizi. Mən uzun müddət qəbul edə bilmirdim o sevgisizliyi, uzun illərdən sonra qəbul elədim” – deyə anasını xatırlayan jurnalist kövrəlib.
Bütün hissləri rahat və səssiz yaşamağı sevən Qabil Abbasoğlu öz-özü ilə danışdığını etiraf edib: “Nəyim varsa, səmimi və rahat şəkildə xərcləyə bilirəm. Heç nəyin - imkan daxilində olan pulumun da, zamanımın da, hisslərimin də, hətta yuxumun da xəsisliyini eləmirəm. İstədiyimi, sevdiyimi səmimi şəkildə sevirəm. İstəmədiyimi rahat şəkildə deyirəm. Belə münasibətlərdə çığırıb bağırmağın tərəfində deyiləm. Məncə, insanlar pıçıltını daha yaxşı anlayır. 20-25 ildir öz-özümə pıçıldayıram. Gah özümü danlayıram, gah da bəyənirəm”.
Qonaq cahil və nadan adamlardan uzaq olmaq istədiyini deyib: “Cahil və nadan adamlarla eyni masaya oturanda, eyni tərəziyə qoyulanda, eyni siyahıda olanda pis oluram. Bu, mənə təsir edir. Amma ictimai məsələlərə gələndə, düşünürəm ki, gözləmək olmaz, hər gün bir addım qabağa getmək lazımdır. Amma şəxsi baxımdan vicdanına, ağlına, qabiliyyətinə şübhəm olan adamlarla bir arada olmaq istəmirəm”.
Məqsədinə çatmaq üçün əsas hesab etdiyi prinsiplərdən danışan qonaq heç nədən qorxmağını deyib: “Hamı kimi mən də axıra doğru gedirəm. Amma günləri qənimət bilmək lazımdır. Cavanlıqda şərtlər başqa idi, indi başqadır, yəqin bir azdan lap başqa olacaq. Amma içimdə mühüm bir xüsusiyyət var. Heç kimi hədələməmək, qorxutmamaq və heç kimdən qorxmamaq. Hər şey haqqında sual verib, öyrənib, sonra inanmaq. Mənim əsas silahım budur. Bütün hallarda insanlara doğru gedirəm. Hər gün ətrafımdakı insanların sayı artır, çoxalır. Bunu qazanc hesab edirəm”.
Səmimi söhbətin sonunda Qabil Abbasoğlu insan kimi yaşamağın əhəmiyyətli olduğunu deyib: “Məni tanıyan hər kəsdə xatirəm var. Yaxşı, ya pis, bilmirəm. Amma pis desələr də, təəccüblənmərəm. Yaşamaq yaxşıdır, lazımdır, amma taxta, daş, ağac kimi yox. İnsan kimi, məsuliyyətlə yaşamaq lazımdır”.
Qabil Abbasoğlu: "Allaha inanmaq istəyirəm..." - VİDEO
Sosial
FHN çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirib - FOTO
FHN-in Şimal-Qərb Regional Mərkəzi Qəbələdə təlim keçirib - FOTO - VİDEO
Kiyev Yunanıstandan "Patriot" sistemləri və 200-ə qədər raket istəyir
FHN yanında İctimai şuranın üzvləri Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində olublar
Xəbər Lenti
İranın İordaniyaya hücumu nəticəsində ABŞ ordusuna aid helikopterlərə ziyan dəyib
ABŞ İrana növbəti hava zərbələri endirməyə başlayıb
Olise DÇ-da rekord qıraraq Peleni geridə qoyub
Rusiya Kiyevə ballistik raketlərlə kütləvi zərbə endirib
Fransada Deşam dövrü rəsmən başa çatıb
Rusiyanın Odessaya hücumu nəticəsində əyləncə parkı vurulub, ölən və yaralananlar var
Mbappe Messini geridə qoyub
DÇ-2026: İngiltərə dünya üçüncüsü olub
Britaniyanın gələcək baş naziri rəqəmsal şəxsiyyət vəsiqələrindən imtina edəcəyini vəd edib
Tramp İranın ABŞ ilə Anlaşma Memorandumunu dayandırmasından narahat deyil
ABŞ Səudiyyə Ərəbistanı ilə mülki nüvə enerjisi sahəsində razılıq əldə edib
ABŞ-İran müharibəsi başlayandan bəri 16 ABŞ hərbçisi həlak olub
Heqset iki hərbçinin ölümünün ABŞ-ın qətiyyətini gücləndirəcəyini bildirib
Əməkdar jurnalist Nuraninin vəziyyəti açıqlanıb
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4328 nəfərə çatıb
Oman sahillərində daha bir tankerə hücum edilib
CENTCOM: İranın İordaniyaya zərbələri nəticəsində ABŞ-ın iki hərbçisi həlak olub, biri itkin düşüb
Ukrayna ordusu Moskva vilayətinə dron zərbəsi endirib, 61 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
İranın Küveytə hücumu nəticəsində bir neçə nəfər yaralanıb
MMU-da yüksək nəticəli abituriyentlər üçün "Açıq qapı” günü keçirilib - FOTO
Konqo Demokratik Respublikasında Eboladan ölənlərin sayı 864-ə çatıb
XİN: Odessa yaxınlığında vurulan gəminin kapitanının cənazəsi Azərbaycana yola salınıb
XİN rəhbərinin müavini Nyu-York şəhərində səfərdə olub
Mamdani: Netanyahu Nyu-Yorka gələrsə, həbs olunmalıdır
İranlı hərbi mənbə: ABŞ bu gecə hücum etsə, Dubay və Əbu-Dabi aeroportları dərhal boşaldılmalıdır
Türkiyədə meşə yanğınları başlayıb
“Neftçi”nin “Dinamo” ilə oyunlar üçün heyəti müəyyənləşib
Rusiyada istirahət mərkəzində 80 nəfər zəhərlənib, 21-i uşaqdır
FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib - VİDEO
FHN çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirib - FOTO
İran ABŞ-la İslamabad memorandumunun icrasını dayandırıb
Moskvada şiddətli istilərlə bağlı xəbərdarlıq edilib
Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub
İran Səhiyyə Nazirliyi: ABŞ-ın son hücumlarında 50 nəfər ölüb, 500-dən çox yaralı var
DÇ-2026: Bürünc medal uğrunda İngiltərə–Fransa dueli
FT: Zelenski Ukrayna ordusunun Baş Komandanı Sırskinin istefasını nəzərdən keçirir
Son həftədə Moskva istiqamətində 2000-ə yaxın dron hərəkət edib, 207-si şəhərə yaxınlaşarkən vurulub
İrəvanda Fransa səfirliyinin Paşinyanın müavininin də iştirak etdiyi tədbirində əksər qonaqlar zəhərlənib
“Qarabağ”ın oyunu italiyalılara həvalə olunub
KİV: Müctəba Xamenei müharibə dövründə ictimaiyyət qarşısına çıxmayacaq
DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
MN-də milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə qərar verilib
Livan Prezidenti Trampla danışıqlar aparmaq üçün ABŞ-a səfər edib
Zərdabda avtomobil yol kənarındakı maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb - FOTO
ABŞ İsrailə əlavə yanacaqdoldurma təyyarələri göndərir
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib - FOTO
Zelenski Rusiyada neft və logistika obyektlərinə zərbə endirildiyini təsdiqləyib
Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq - SABAHIN HAVASI
“Tasnim”: ABŞ-ın Hörmüzqan vilayətinə hücumunda 8 mülki şəxs ölüb