Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu il qrant müsabiqəsi ilə bağlı təqdim olunmuş layihələrlə əlaqədar ekspertlərin rəylərini mətbuatda dərc edəcək.
APA-nın məlumatına görə, bunu Şuranın 2015-ci ildəki fəaliyyəti haqqında hesabat konfransında qurumun sədri Azay Quliyev bildirib.
A. Quliyev deyib ki, bu, Şuranın fəaliyyətinin daha şəffaf qurulması istiqamətində atılmış növbəti bir addım olacaq. O, hazırda Şuranın nəzdində Apelyasiya Şurasının fəaliyyət göstərdiyini, qrant müsabiqəsindən narazı qalan QHT-lərin müraciətlərinə baxıldığını da nəzərə çatdırıb.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2015-ci ildə Şuranın maliyyələşdirdiyi layihələrin icra səviyyəsinə görə əla, yaxşı, kafi və qeyri-kafi olaraq qruplaşdırıldığını da nəzərə çatdırıb. Daha sonra fəaliyyətində fərqlənən QHT-lərə sertifikatlar təqdim olunub.
QHT Şurası layihələrlə əlaqədar ekspertlərin rəylərini mətbuatda dərc edəcək
19 yanvar 2016 08:49 (UTC +04:00)
Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024