Bank Of Baku

Qubada müəllim çatışmazlığı var

Qubada müəllim çatışmazlığı var
# 05 mart 2013 16:31 (UTC +04:00)

 

Quba. Vəli Turan-APA. Quba rayonun orta təhsil məktəblərində müəllim çatışmazlığı var. APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun 137 məktəbindən 30-da ixtisaslı müəllimlərə ehtiyac var. Bu problemlə üzləşən məktəblər rayon mərkəzindən uzaqda yerləşən - Xaltan, Qonaqkənd, Utuq, Çiçi, Zıxır kimi dağ kəndləridir. Quba Rayon Təhsil Şöbəsindən APA-ya verilən məlumata görə, rayonda 25 biologiya, 18 coğrafiya, 11 kimya və tarix, 9 fizika, 2 ədəbiyyat müəlliminə ehtiyac var.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR