Bank Of Baku

Rezidenturaya imtahanda iştirak edəcək namizədlər bu gündən “İmtahana buraxılış vərəqi”ni əldə edə bilərlər

Rezidenturaya imtahanda iştirak edəcək namizədlər bu gündən “İmtahana buraxılış vərəqi”ni əldə edə bilərlər
# 19 mart 2014 07:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya sənəd vermiş namizədlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2014/2015-ci tədris ilində Azərbaycan Respublikasında ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya baza fənləri üzrə martın 30-da keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqi”ni TQDK-nın internet saytından çap edib götürə bilərlər. İmtahana gələrkən buraxılış vərəqini və şəxsiyyət vəsiqəsinin əslini mütləq özləri ilə gətirməlidir. Buraxılış vərəqini çap etmək üçün http://eservices.tqdk.gov.az/brxvrez/ keçidinə daxil olmaq lazımdır.

 

Qeyd edək ki, rezidenturaya sənəd qəbulu fevralın 11-də başlayıb və fevralın 20-də  yekunlaşıb. Ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə 1412 nəfər sənəd verib. Bunlardan 1216 nəfəri Azərbaycan, 196 nəfəri isə rus bölməsinin payına düşür. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR