Bank Of Baku

Sabah Azərbaycan paytaxtında hava çiskinli olacaq

Sabah Azərbaycan paytaxtında hava çiskinli olacaq
# 26 fevral 2013 10:27 (UTC +04:00)

 

Bakı. Konül Kamilqızı-APA. Sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.Havanın temperaturunun gecə 3-5, gündüz  7-11  dərəcə isti olacağı gözlənilir.


Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə  isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz  1-6 dərəcə isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR