Bank Of Baku

Sabah Bakıda 13-17 dərəcə isti olacaq

Sabah Bakıda 13-17 dərəcə isti olacaq
# 26 aprel 2014 10:33 (UTC +04:00)

Bakı – APA. Aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturunun gecə 8-11, gündüz 13-17 dərəcə isti olacağı gözlənilir.


Aprelin 27-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 19-24, dağlarda gecə 4-8, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR