Bank Of Baku

Sabah İsmayıllıda əmək yarmarkası keçiriləcək

Sabah İsmayıllıda əmək yarmarkası keçiriləcək
# 30 aprel 2014 08:36 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə respublikanın bölgələrində aktiv məşğulluq tədbiri olan əmək yarmarkalarını davam etdirir. Növbəti əmək yarmarkası mayın 1-də İsmayıllı rayonunda keçiriləcək. Bu, “APA-Economics”ə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib.

 

Əmək yarmarkasında rayon ərazisində fəaliyyət göstərən 90-dək idarə, müəssisə, təşkilat tərəfindən 200-dən çox boş (vakant) iş yerinin çıxarılması  nəzərdə tutulur.  Həmçinin yarmarkada boş iş yerləri təklif edilməklə yanaşı, işaxtaran və işsiz vətəndaşların mövcud əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına və haqqı ödənilən ictimai işlərə cəlb olunması üçün onların qeydiyyata alınması da təmin ediləcək.

 

Qeyd edək ki, bu ilin may ayında Yardımlı, Qobustan, Şəki rayonlarında və Naftalan şəhərində, növbəti aylarda digər bölgələrdə əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR