Bakı. Gülnar Bəşirova – APA. Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Daxili İşlər Nazirliyinin Biləsuvar və Salyan Rayon Polis şöbələrinin (RPŞ) müvəqqəti saxlanma yerlərinə (MSY) planlı başçəkmələr həyata keçirib, burada saxlanılan şəxslərlə görüşüb, onlara hüquqlarını izah ediblər.
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MSY-lərdə saxlanılan şəxslər rəftarla və saxlanılma şəraiti ilə bağlı şikayət etməyiblər.
Eyni zamanda Salyan RPŞ-nin MSY-də araşdırma zamanı bəzi nöqsanlar, o cümlədən sənədləşmə ilə bağlı çatışmazlıqlar aşkar olunub.
Ombudsman tərəfindən başçəkmələrin nəticələri və nöqsanların aradan qaldırılması ilə bağlı daxili işlər nazirinə müraciət edilib.