Bank Of Baku

Şamaxı Astrofizika Rəsədxanası Novruz bayramı günlərində müşahidə olunacaq kosmik hava proqnozunu açıqlayıb

Şamaxı Astrofizika Rəsədxanası Novruz bayramı günlərində müşahidə olunacaq kosmik hava proqnozunu açıqlayıb
# 19 mart 2014 13:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 20-27 mart tarixlərində müşahidə olunacaq kosmik hava proqnozunu (Günəş aktivliyi və geomaqnit qasırğa) açıqlayıb.

 

APA-nın AMEA Şamaxı Astrofizika Rəsədxanasının saytına istinadən verdiyi xəbərə görə, rəsədxananın direktor müavini Elçin Babayev bildirib ki, hazırda günəşin diskinin 9 regionunda aktivlik və 125 müxtəlif ölçülərdə ləkələr müşahidə olunur.

 

O deyib ki, proqnozlaşdırılan günlərdə (yaxın 1 həftə ərzində) əvvəlki günlərdə olduğu kimi Günəşin alovlanma aktivliyinin yüksək səviyyədə qalacağı, onun yayılmasının orta enerjidə-M klass həddində (ehtimal-40%) ola biləcəyi proqnozlaşdırılır: “Növbəti bir neçə gün üçün proqnoz vermək çətindir. Kosmik havanın öyrənilməsi istiqamətində aparılan analizlərin nəticəsi göstərir ki, müxtəlif dövrlərdə narahatlığın artması ilə 20-27 mart tarixlərində ümumi (planetar) geomaqnit vəziyyət orta gərginlikdə olacaq. Yaz dövründə meteoroloji şəraitin tez-tez və kəskin dəyişməsi risk qrupuna daxil olan xroniki xəstəliklər, yaşlı insanlar və uşaqların səhhətində narahatlıq-diskomfort hissi yaradacaq. Sağlam və meteohəssas olmayan insanlar üçün isə narahatlığa gərək yoxdur”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR