Bank Of Baku

Səfir Vladimir Doroxin: “Azərbaycanda rus dilinin tədrisinin vəziyyətindən məmnunuq”

Səfir Vladimir Doroxin: “Azərbaycanda rus dilinin tədrisinin vəziyyətindən  məmnunuq”
# 23 noyabr 2013 14:15 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. “Azərbaycanda təhsilin bütün  pillələrində rus dilinin tədrisinə xüsusi maraq var və biz bunu çox yüksək qiymətləndiririk”. APA-nın qərb bürosunun məlumatına görə, bu sözləri Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin Gəncə şəhərində təşkil edilən “Azərbaycan  məktəblərində rus dilinin tədrisinin  xüsusiyyətləri” mövzusunda konfransda deyib.

 

Rusiya səfirliyinin dəstəyi ilə təşkil olunan tədbirə səfirliyin əməkdaşları, məktəb direktorları, moskvalı mütəxəssislər və qabaqcıl müəllimlər qatılıblar. Çıxışlarda Azərbaycan məktəblərində rus dilinin tədrisi təcrübəsindən, rus dili və ədəbiyyatı müəllimlərinin peşə hazırlığının səviyyəsinin daha da yüksəldilməsi məsələlərindən danışılıb, rus dilinin tədrisində rus dili və ədəbiyyat dərsliklərinin roluna toxunulub. Konfransda   tədris prosesinin daha da təkmilləşdirilməsi, rus dilinin öyrənilməsində müasir material və texnologiyaların səmərəliliyinin artırılması ilə bağlı fikir  mübadiləsi aparılıb.

 

Səfir V. Doroxin Azərbaycanda rus dilinin tədrisinin vəziyyətindən  məmnunluq duyduğunu bildirib: “Çalışırıq ki, müxtəlif ədəbiyyat və tədris vasitələri ilə məktəblərə hər cür köməklik göstərək”.

 

V. Doroxin qeyd edib ki, peşəkarlıq nöqteyi-nəzərindən tədbirin əhəmiyyətini nəzərə alaraq konfransa xaricdə rus dilinin tədrisi təcrübəsinin öyrənilməsi məsələləri ilə bağlı Moskvadan bir qrup mütəxəssis dəvət edilib.

 

Konfrans çərçivəsində Gəncə şəhərində rus dilində təhsil alan məktəblilər arasında olimpiada keçirilib və qaliblərə diplom və sertifikatlar təqdim olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR