Bank Of Baku

Səhiyyə Nazirliyinin mütəxəssisi: “Azərbaycanda qrip epidemiyası aşkarlanmayıb”

Səhiyyə Nazirliyinin mütəxəssisi: “Azərbaycanda qrip epidemiyası aşkarlanmayıb”
# 26 fevral 2013 10:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda “donuz qripi” virusu aşkarlanmayıb”. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Milli Profilaktika İnstitutunun qrip laboratoriyasının müdiri Almaz Əsədova APA-ya açıqlamasında deyib ki, bu xəstəliyin qonşu ölkələrdən Azərbaycana keçməsinin qarşısını almaq üçün tədbirlər görülür, xaricdən gələn insanların hər biri yoxlanılır və hansısa xəstənin Azərbaycana keçməsinə imkan verilmir. Onun sözlərinə görə, bu gün ölkədə “donuz qripi”nin vaxtında qarşısını almaq üçün hərtərəfli hazırlıq görülür: “Hələ ki ölkədə belə bir hal qeydə alınmayıb”.

 

Səhiyyə Nazirliyinin mütəxəssisi qeyd edib ki, hazırda ölkədə qeydə alınan qrip adi qrip xəstəliyidir və bu, epidemiya halına keçməyib. Onun sözlərinə görə, mikroorqanizmlər və bakteriyalar tərəfindən törənən qripin bu il ağır formada keçməsinə səbəb havaların mülayim olmasıdır: “Adətən soyuq, kəskin qarlı havalarda heç bir virus aşkar olunmur. Amma bu il havalar isti keçdiyindən, bakteriyalar və mikroblar insan orqanizminə təsir edir. Qışda immunitet aşağı düşdüyündən, müqavimət azaldığından zəif adamlar, yaşlı nəsil və uşaqlar bu xəstəliyə tez yoluxurlar. İsti havalarda isə mikrobların, virusların çoxalması nəticəsində insanlar daha ağır xəstələnirlər. Belə halların sonradan qrip epidemiyasına keçməsi ehtimalı yoxdur. Bu gün Azərbaycanda qrip epidemiyası faktı aşkarlanmayıb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR