«APA-Economics»in məlumatına görə, bunu DSMF-nin sədri Səlim Müslümov bildirib.
Onun sözlərinə görə, bir qədər əvvəl xarici idmançıların Fondda qeydiyyata alınması ilə bağlı vəziyyət araşdırılıb: «Biz bununla bağlı bütün futbol klublarına və digər idman federasiyalarına da məktublar göndərdik».
Araşdırma nəticəsində məlum olub ki, Azərbaycanda fəaliyyət göstərən xarici idmançıların 90%-i və onların əmək haqları qeydiyyata alınıb: «Təbii ki, bu əmək haqlarının reallığa nə qədər uyğun olub-olmadığını deyə bilmərik. Amma onların bizdə hesabları açılıb və bu hesablara kifayət qədər normal vəsaitin daxil olduğunu görürük».