Bank Of Baku

Azad Rəhimov Serbiyanın gənclər və idman naziri ilə görüşüb - FOTOSESSİYA

Azad Rəhimov Serbiyanın gənclər və idman naziri ilə görüşüb - <span style="color: red;">FOTOSESSİYA
# 01 iyul 2013 13:07 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Serbiya Respublikasının gənclər və idman naziri Alisa Mariçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. APA-nın xəbərinə görə, nümayəndə heyəti Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla görüş keçirib.

 

Görüş çərçivəsində nazir qonaqlara Azərbaycanda keçiriləcək  böyük və kiçik miqyaslı idman tədbirləri haqda məlumat verib: “2014 ildə biz Dünya İdman Jurnalistlərinin Konqresini keçirəcəyik, 2016-cı ildə Şahmat Olimpiadasının Bakıda keçirilməsi gözlənilir, 2017-ci ildə isə İslam Oyunları keçiriləcək. 2020-ci ildə Avropa futbol çempionatı oyunlarının keçirilməsi üçün öz namizədliyimizi irəli sürmüşük”.

 

Nazir bildirib ki, bu tədbirlərinin keçirilməsi üçün Azərbaycanda idman infrastrukturu inkişaf etməlidir və Bakı Olimpiada kimi böyük tədbirlərin keçirilməsində xarici ölkələrin təcrübəsindən istifadə etməkdə maraqlıdır.

 

A. Mariç isə Azərbaycanla birgə layihələr həyata keçirməkdə maraqlı olduqlarını söyləyib. O qeyd edib ki, Serbiyanın beynəlxalq idman tədbirlərinin keçirilməsində təcrübəsi böyükdür və Serbiya bu təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR