ABŞ prezidenti az qala PKK-ya qarşı əməliyyatlara görə Türkiyəni tənqid edib. Ağ Ev hesab edir ki, terrorçuların da yaxşısı, pisi var və indiki situasiyada PKK yaxşı, İŞİD isə pis terror təşkilatıdır. Və Obama Türkiyəni PKK-ya qarşı yox, İŞİD-ə qarşı mübarizə aparmağa çağırıb. Düzdür, Ankaranın özünümüdafiə hüququ var kimi gəlişi gözəl sözlər də işlənib, amma bu sözlər “niyə PKK-ya qarşı əməliyyat aparırsınız” mövqeyindən qeyzlənəcək Türkiyə cəmiyyətinin könlünü almaqdan başqa bir şey deyil. Obamanın açıqlamasını düzgün oxumaq vacibdir, bu açıqlama ABŞ-ın Yaxın Şərq siyasətini və Türkiyə ilə münasibətlərini aydın başa düşməyə imkan verir. Birincisi, Vaşinqton PKK-ya qarşı əməliyyatlara görə Ankaranı qınayır və əməliyyatların miqyasının genişlənməsindən narazı qalacağına işarə vurur. İkincisi, Adana hərbi bazasını ABŞ pilotsuz təyyarələri üçün açıq elan edən Ankara Vaşinqtonla hesablaşmış olur. Üçüncüsü, Obamanın açıqlaması PKK terror təşkilatının nə üçün bu qədər güclənməsi sualına tutarlı cavab xarakteri daşıyır. PKK hər zaman xarici dövlətlərin dəstəyi ilə ayaqda durub. Obamanın PKK-ya qarşı əməliyyatlara görə Ankaranı qınaması da “Arxalı köpək qurd basar” misalının nə qədər doğru olduğunu göstərir.
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 7 Avqust
07 avqust 2015 17:15 (UTC +04:00)
GÜNÜN ŞƏRHİ

Sosial
Səfərbərlik Xidməti Lənkəranda gənclərlə görüş keçirib
10:58
17 may 2024
Badminton idman növü üzrə məktəbli oğlan və qızlar arasında yarış keçirilib
10:48
17 may 2024
DİN İdarə rəisi: Ümumi cinayətlərin tərkibində insan alveri cinayətləri 1% də deyil
10:38
17 may 2024
Nazir: Karbon vergisinin tətbiqi istiqamətində yeni qanun layihəsi hazırlanıb
10:32
17 may 2024