Bank Of Baku

Son 2 ilə yaxın zaman ərzində TQDK tərəfindən 160 orta məktəb dərsliyinin monitorinqi həyata keçirilib

Son 2 ilə yaxın zaman ərzində TQDK tərəfindən 160 orta məktəb dərsliyinin monitorinqi həyata keçirilib
# 16 dekabr 2013 14:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Son 1 il 8 ay müddətində prezident İlham Əliyevin fərmanına uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 160 orta məktəb dərsliyinin monitorinqi həyata keçirilib.

 

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdir müavini Əsgər Quliyev komissiya tərəfindən görülən işləri müsbət qiymətləndirir. Onun sözlərinə görə, dərslik hazırlığı sahəsində Təhsil Nazirliyi ilə TQDK-nın birgə məqsədi olmalıdır: “Bu da Azərbaycanda keyfiyyətli dərsliyin formalaşmasını təmin etməkdən ibarətdir. Təhsil Nazirliyi artıq dərslik məsələsini təhsildə prioritet elan edib. Bir ildən çoxdur mətbuatın gündəmini zəbt edən dərslik məsələsi ilə bağlı aparılan müzakirələr “Dərslik portalının” yaradılması ilə nəticələndi. Təhsil Nazirliyi olaraq, biz görülən işlərdən çox gözəl nəticələr gözləyirik. Dərslik strateji məsələdir, həmçinin təhsil sisteminin ən ağrılı və çətin problemlərindən biridir. Dərslik təhsilin bütövlükdə istiqamətini müəyyən edir. Bu mənada dərslik cəmiyyətin hər zaman maraq dairəsindədir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR