Bank Of Baku

Son həftədə təcili yardıma müraciətlərin sayı 10-15% artıb

Son həftədə təcili yardıma müraciətlərin sayı 10-15% artıb
# 27 mart 2014 14:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Novruz bayramı və istirahət günlərində (20-27 mart tarixlərində) Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayı 10-15% artıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov APA-ya açıqlamasında deyib ki, ambulator–poliklinika sistemi bayram və istirahət günləri işləmədiyindən təcili yardıma daxil olan müraciətlərin sayı ötən günlərlə müqayisədə daha çox olur. O bildirib ki, insanlar bayram və istirahət günləri işdə olmadıqlarına görə rayonlara gedirlər və ya şəhərdə gəzməyə çıxırlar: “Bu zaman müxtəlif xoşagəlməz hadisələr baş verə bilər. Poliklinikalar işləmədiyindən insanlar təcili yardıma müraciət edirlər. Adi günlərdə də təcili yardıma nisbətən poliklinikalara müraciətlərin sayı az olur. Lakin bayram və istirahət günlərində təcili yardıma daxil olan müraciətlərin sayı artır. Bu artım hər zaman olub və bu bayram, istirahət günlərində də qeydə alınıb”.

 

M. Həmidov qeyd edib ki, bəzən təcili yardım həkimləri vətəndaşların nalayiq davranışı ilə üzləşir. Onun sözlərinə görə, təcili yardım 15-20 dəqiqə ərzində ünvana çatmalıdır və bəzən 5 dəqiqə sonra çatdığı halda belə insanlar tərəfindən təcili yardım həkimləri təzyiq və təhqirlərə məruz qalır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR