Bakı. Könül Kamilqızı - APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi son günlər paytaxt müəllimlərin qarşısında şərt qoyulması və onlara xüsusi blankların paylanması ilə bağlı yayılan xəbərlər münasibət bildirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, Bakı şəhərində yerləşən orta məktəblərin müəllimlərinə Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məlumatda qeyd olunan mövzuda müəyyən şərtlər yazılan blanklar təqdim olunmayıb.
Qeyd edək ki, yayılan məlumatlarda Bakı şəhərindəki orta məktəblərin bir çoxunda müəllimlərə müəyyən şərtlər yazılan blankların təqdim olunduğu bildirilib. Məlumata görə, blankda imza üçün ayrılan hissənin qarşısında “Göstərilən şərtləri pozacağım təqdirdə işdən çıxarılmağıma etiraz etmirəm”, yazılıb.