Bank Of Baku

Təhsil Nazirliyi: Uşaq bağçalarının yenidən nazirliyin tabeliyinə qaytarılması barədə təklif irəli sürülməyib

Təhsil Nazirliyi: Uşaq bağçalarının yenidən nazirliyin tabeliyinə qaytarılması barədə təklif irəli sürülməyib
# 19 noyabr 2013 08:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi uşaq bağçalarının yenidən nazirliyin tabeliyinə qaytarılıb-qaytarılmaması ilə bağlı suallara aydınlıq gətirib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bağçalarının yenidən nazirliyin tabeliyinə qaytarılması ilə bağlı qurum tərəfindən təklif irəli sürülməyib. Hazırda əsas hədəflərdən biri məktəbəqədər müəssisələrdə çalışan pedaqoji kadrların uşaqlarla iş sahəsində səriştəlilik və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsindən ibarətdir.

 

Bölgələrdəki məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsində Təhsil Nazirliyinin hazırda rolunun nədən ibarət olmasına gəlincə, bildirilib ki, yerli təhsil orqanları məktəbəqədər müəssisələr metodik xidməti həyata keçirə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR