Onlar imtahanın test üsulu ilə aparılması tələbini irəli sürüblər. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov APA-ya açıqlamasında bildirib ki, hər universitetdə semestr imtahanlarının hansı formada keçirilməsi professor-müəllim və tələbə heyətinin birgə müzakirəsindən sonra seçilə bilər və bu, nazirlik tərəfindən təsdiq olunur: “Təhsil Nazirliyi olaraq bildiririk ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən semestr imtahanlarının keçirilməsi formasında hər hansı dəyişikliyi nazirlik təsdiq etməyib”.