Bank Of Baku

Təhsil Nazirliyinin şöbə müdiri: “Azərbaycanda 12 illik təhsilə keçid mütərəqqi addımdır”

Təhsil Nazirliyinin şöbə müdiri: “Azərbaycanda 12 illik təhsilə keçid mütərəqqi addımdır”
# 24 dekabr 2013 10:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycanda 12 illik təhsilə keçid mütərəqqi addımdır”. APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində təhsil işçiləri üçün keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

 

Şöbə müdiri bildirib ki, bu gün hamı dərs yükünün ağır olmasından hər zaman şikayətlənir. 12 illik təhsilə keçid isə uşaqların tədris yükü, fənlər üzrə təlim yükünün hansısa mərhələdə yüngülləşməsinə xidmət edir: "Əlavə 1 il haqqında burada müxtəlif fikirlər səslənə bilər. Bu bir ilin ibtidai, yoxsa V-XI siniflər arası orta siniflərə verilməsi dəqiq məlum deyil. Mənim fikrimcə, bu, orta hissəyə verilsə, yaxşı olar. Çünki icbari təhsil ölkədə 9 illikdir. Əgər bu pillə 1 il artırılsa, uşaqlar icbari təhsil dövründə həmin fənlər üzrə daha yüksək biliyə malik ola bilərlər. 12 illik təhsilə keçmə asan məsələ deyil. Bu məsələ strategiya sənədində göstərilib. Əlavə bir ilin təhsil sisteminə gətirilməsi üçün proqramlar dəyişməli, keçid təmin olunmalıdır. Eyni zamanda mövcud kurikulumlar 12 illik təhsil sisteminə uyğunlaşdırılmalıdır".

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR