Bank Of Baku

Tiflisdə əlillərin hüquqları ilə bağlı regional konfrans keçirilir - FOTO

Tiflisdə əlillərin hüquqları ilə bağlı regional konfrans keçirilir - <span style="color: red;">FOTO
# 12 dekabr 2013 10:44 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz ofisi tərəfindən təşkil olunan “Əlilliyi olan şəxslərin hüquqlarına dair beynəlxalq konvensiyaların icrası: Cənubi Qafqaz ölkələrinin və Moldovanın təcrübəsi; gələcək addımlar” mövzusunda regional konfrans başlayıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, iki gün davam edəcək tədbirdə Azərbaycan, Moldova, Gürcüstan və Ermənistan nümayəndə heyətləri iştirak edir.

 

Azərbaycanı Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və deputat Rauf Əliyevin rəhbərlik etdiyi 12 nəfərdən ibarət nümayəndə heyəti təmsil edir. Tədbirdə BMT-nin insan hüquqları üzrə səlahiyyətli nümayəndəsi Nels Skott, Gürcüstan Ombudsmanı Uça Nanuaşvili, Gürcüstan baş nazirinin insan hüquqları üzrə məsləhətçisi Tamar Çuqoşvili, Moldova əmək və sosial müdafiə nazirinin müavini Ruxsanda Glavan, Moldovanın psixologiya məsələləri üzrə Ombudsmanı, Bərabərlik və Diskriminasiya Şurasının üzvü Doina Loana Straisteanu çıxış edərək, Əlilliyi olan şəxslərin hüquqlarına dair Beynəlxalq Konvensiyanın ratifikasiyası ilə bağlı Cənubi Qafqaz ölkələrində və Moldovada həyata keçirilən tədbirlər, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, əməkdaşlığın gələcək inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüblər. Moldova nümayəndələri çıxışlarında Azərbaycanda 2008-ci ildə əlillərlə bağlı Beynəlxalq Konvensiyanın ratifikasiya olunduğunu, Azərbaycanın bu sahədə kifayət qədər təcrübə əldə etdiyini və tədbirdə iştirak edən nümayəndələrin bu barədə fikir mübadiləsi aparacaqlarını bildiriblər. Konfransda eyni zamanda tezliklə Gürcüstanın da bu konvensiyanı ratifikasiya edəcəyi bildirilib.

 

Azərbaycanın parlamentinin komitə sədri Hadi Rəcəbli çıxışında konvensiya ilə bağlı Azərbaycanın kifayət qədər təcrübəsi olduğunu bildirib: “Ratifikasiyadan sonra Azərbaycanın Milli Məclisi əlillərlə bağlı bir neçə qanun qəbul edib. Azərbaycanda 420 min əlil var, bundan 6 mini uşaqdır. Azərbaycanda əlillər yaşayış evləri ilə təmin olunur, tikilən evlərdə pandusların inşası nəzərdə tutulur”.

 

Sabah regional konfrans davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR