Bank Of Baku

TQDK: Təhsil Strategiyasına əsasən təhsil, tədris prosesi dəyişəndə qiymətləndirmə prosesində də müəyyən dəyişikliklər olacaq

TQDK: Təhsil Strategiyasına əsasən təhsil, tədris prosesi dəyişəndə qiymətləndirmə prosesində də müəyyən dəyişikliklər olacaq
# 16 dekabr 2013 11:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən, dəyişikliklər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Təhsil Nazirliyi ilə birgə müzakirə olunduqdan sonra tətbiq olunacaq. APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib ki, strategiyaya əsasən təhsil, tədris prosesi dəyişəndə qiymətləndirmə prosesində də müəyyən dəyişikliklər olacaq: “Amma bu dəyişikliklər tədricən həyata keçiriləcək. Bu dəyişikliklərə həm bizim müəllimlər, həm də şagirdlər hazır olmalıdır. Addım-addım dəyişiklikləri həyata keçirəcəyik. Bu, imtahan suallarının formasına, imtahanın aparılması üsullarına aid olacaq. Ancaq bütün uşaqların imtahana hazırlanması prosesinə təsir göstərə bilən bütün dəyişikliklər iki il əvvəldən elan edilir və gələcəkdə də ediləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR