Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) virtual ödəmə kartlarını abituriyentlər internetdən və SMS-lə əldə edə bilərlər. Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətindən bildirilib.
TQDK-nın abituriyentlərə müraciətində bildirilir ki, elektron ərizə vermək üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını (qiyməti 2
TQDK abituriyentlərdən virtual ödəmə kartlarında göstərilən məlumatları itirməməyi və məxfi saxlamağı xahiş edir. Ödəmə kartları SMS-lə əldə edildikdə abonentin balansından 18% ƏDV də tutulur. TQDK “Ödəmə kartları - mobil xatırlatma” xidmətini də istifadəyə verib. “Elektron ərizə vermək üçün odəmə kartı”nın məlumatları barədə mesaj almaq üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 2, “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı”nın məlumatları barədə mesaj almaq üçün isə ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 3 rəqəmini göndərmək lazımdır. Nəticədə abunəçinin nömrəsinə həmin nömrədən əldə edilmiş son üç virtual ödəmə kartı barədə məlumat göndərilir. Xidmət haqqı 0,10 AZN təşkil edir.