Bank Of Baku

TQDK elektron ərizənin doldurulması ilə bağlı videoçarx hazırlayıb

TQDK elektron ərizənin doldurulması ilə bağlı videoçarx hazırlayıb
# 05 aprel 2014 09:33 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “Bəzən abituriyentlər ərizələri özləri doldurmur, bu işi başqalarına həvalə edir, bu zaman əlavə problemlər yaranır”.

 

APA-nın məlumatına görə, bunu TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, məhz bunu nəzərə alaraq TQDK elektron ərizənin doldurulması ilə bağlı 3 dəqiqəlik videoçarx hazırlayıb: “Yaxın günlərdə bu çarx televiziyalarda yayımlanacaq”.

 

E.Nağızadə qeyd edib ki, hazırda  ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 6 minə qədər abituriyent ərizəsini təsdiq edib: “Ümumilikdə ali təhsil müəssisələrinin qəbul imtahanlarında iştirak edən abituriyentlərin 85%-nin ərizəsini internet üzərindən təsdiq etmək imkanı var. Qalanları isə ərizələri Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirə bilər”.

 

E.Nağızadə onu da əlavə edib ki, SQK-lar aprelin 7-dən fəaliyyətə başlayacaq və aprelin 30-dək davam edəcək: “Komissiyalar şənbə və bazar günləri istisna olmaqla işləyəcəklər. Ərizələrini təsdiq etdirmək istəyən abituriyentlər sənəd qəbulu komissiyalarına müraciət edə bilərlər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR