Bakı. Könül Kamiıqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 17-də peşə liseylərində buraxılış imtahanları keçirəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanda iştirak edəcək şagirdlər imtahana buraxılış vərəqələrini yaxın günlərdə “Şagird-Məzun elektron məlumat sistemi”ndəki səhifələrinə daxil olaraq çap edə biləcəklər.
İmtahana gələrkən şagirdlər özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər. 16 yaşı tamam olmayan və şəkilsiz şəxsiyyət vəsiqəsi olan peşə liseylərinin buraxılış siniflərinin şagirdləri imtahanda iştirak edə bilmək üçün təhsil aldıqları liseydən şəkilli arayış almalıdırlar. Əks təqdirdə onlar imtahana buraxılmayacaqlar.