Bank Of Baku

Ümumdünya Uşaq Hüquqları günü münasibətilə tədbir keçirilib

Ümumdünya Uşaq Hüquqları günü münasibətilə tədbir keçirilib
# 20 noyabr 2013 12:09 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün 20 noyabr Ümumdünya Uşaq Hüquqları günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı “ASAN Xidmət”ində yerləşən uşaq guşəsində tədbir keçirib.

 

APA-nın məlumatına görə, gün ərzində Komitənin əməkdaşları 1 saylı “ASAN Xidmət” mərkəzinin uşaq guşəsindən bəhrələnən uşaqların valideynlərinə Ümumdünya Uşaq Hüquqları günü, hər bir uşağın normal inkişafı, fiziki, əqli və mənəvi cəhətdən  hüquqlarının təmin edilməsi barədə dialoqlar aparıblar. Uşaq hüquqları, erkən nikahlar və yeniyetmələrin internet təhlükəsizliyi haqqında çoxsaylı bukletlər və metodiki vəsaitlər paylanıb, uşaq hüquqları və Azərbaycanda  Dövlət Uşaq Siyasətindən bəhs edən qısametrajlı film və roliklər nümayiş etdirilib.

Qeyd edək ki, 20 Noyabr Ümumdünya Uşaq Hüquqları günü 1954-cü ildə BMT-nın Baş Assambleyası tərəfindən 1956-cı ildən bütün dövlətlərə uşaqlar şərəfinə keçirilməsi tövsiyə olunan bayramdır. 1989-cu il noyabrın 20-də BMT nin Uşaq Hüquqları haqqında Konvensiyası qəbul edilib. Bayram BMT-nın dünya uşaqlarının əmin-amanlığının təmin olunmasına, yaxşılaşdırılmasına yönəldilmiş fəaliyyətinin möhkəmləndirilməsinə yönəlib. 2014- cü ildə Konvensiyanın qəbul edilməsinin 25 ci il dönümü qeyd ediləcək. Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə Konvensiyasının iki əlavə protokoluna qoşulub. 1999-cu ildə ölkəmizdə BMT-nin  “Uşaq hüquqları haqqında”  müddəalarını özündə əks etdirən “Uşaq hüquqları haqqında” Qanun qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR