Hicran Hüseynova görüşdə qeyd edib ki, UNİSEF və Azərbaycan 20 il ərzində sıx əməkdaşlıq edib. Onun sözlərinə görə, UNİSEF-lə sıx əməkdaşlıq çərçivəsində və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycan qanunvericiliyinə dəyişiklik edilib və qızlar üçün nikaha girmə yaşı 18 yaşa qaldırılıb.
Syuzan Sottoli Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq hüquqlarının inkişafı istiqamətində mühüm rol oynadığını, Azərbaycanın bu sahədə tərəqqiyə nail olduğunu deyib.