Bank Of Baku

ÜST: Son illər Azərbaycanda cinsi yolla İİV/QİÇS-ə yoluxanların sayı artır

ÜST: Son illər Azərbaycanda cinsi yolla İİV/QİÇS-ə yoluxanların sayı artır
# 26 fevral 2013 08:38 (UTC +04:00)

 Bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova deyib. O bildirib ki, hazırda Azərbaycanda İİV-ə yoluxma vəziyyəti stabildir. C.Süleymanova qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının parametlərinə görə Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya, əsasən, yüksək risk qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Lakin, ümumilikdə yoluxmaların sayı artmasa da, son illər cinsi yolla yoluxanların sayı artır: “Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir. Səhiyyə Nazirliyi və QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi, eləcə də, ÜST-ın tövsiyələri ilə 2006-cı ildən etibarən QİÇS mərhələsində olan insanlara pulsuz qaydada antiretroviral (ARV) müalicə aparılır. Eyni zamanda, Səhiyyə Nazirliyi tərəfindən İİV/QİÇS-ə tələb olunan ARV dərmanları, test sistemləri və digər lazım olan ləvazimatların təchizatı təmin edilir. ÜST Səhiyyə Nazirliyi və xüsusilə də Respublika QİÇS-lə Mübarizə Mərkəzinə İİV/QİÇS-lə yaşayan insanlara profilaktika, müayinə, müalicə, qulluq və dəstəyin göstərilməsinin beynəlxalq standartlara uyğun olmasında lazım olan texniki dəstəyi göstərir. Bu istiqamətdə BMT-nin İİV/QİÇS üzrə tematik qrupuna rəhbərlik edən UNAİDS-in koordinativ rolu da inkaredilməzdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR