Bank Of Baku

Xırdalan sakinləri dünəndən işıqsız qalıb

Xırdalan sakinləri dünəndən işıqsız qalıb
# 05 may 2014 10:09 (UTC +04:00)

Bu barədə APA-ya 28-ci məhəllənin sakinləri məlumat verib.

 

Məlumata görə, dünən təkcə binaların deyil, Xırdalanın mərkəzi küçələrinin də işıqları söndürülüb. Dünəndən kəsilən elektrik enerjisinin təchizatı hələ də (saat 13:00) bərpa olunmayıb.

 

Sumqayıt Regional Elektrik Şəbəkəsinin Xırdalan Elektrik Şəbəkəsinin baş mühəndisi İbiş Mehdiyev “APA-Economics”ə bildirib ki, yaşayış massivində elektrik enerjisinin verilməsində məhdudiyyətin yaranmasına səbəb dünən axşam saatlarında ərazidən keçən su borusunun partlaması olub: “Biz də bu səbəbdən işığı kəsmək məcburiyyətində qalmışıq. Artıq su borusunun partlayan hissəsi aşkarlanıb və muftalanma işləri aparılır”.

 

İ.Mehdiyev bildirib ki, yaxın 1 saat ərzində ərazidə elektrik enerjisinin verilişi bərpa ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR