Bank Of Baku

Xocalıdan olan məcburi köçkünlər tibbi müayinədən keçirilib

Xocalıdan olan məcburi köçkünlər tibbi müayinədən keçirilib
# 23 fevral 2013 16:57 (UTC +04:00)

 

Gəncə. Azər Məmmədli – APA. Gəncənin Hacıkənd qəsəbəsində məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər pulsuz tibbi müayinədən keçiblər. Bu barədə APA-nın qərb bürosuna Gəncə şəhər Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyev məlumat verib. O bildirib ki, şəhərdə çalışan müxtəlif ixtisaslı 25-ə yaxın həkim qəsəbədə 400-ə yaxın məcburi köçkünü müayinə edib. Müayinə olunanların əksəriyyəti uşaqlar olub.

 

A. Zərbəliyev bildirib ki, 9 nəfərin cərrahi əməliyyata ehtiyacı olduğundan, onlar Gəncəyə dəvət edilib və növbəti həftə həmin şəxslər əməliyyat ediləcək. Bundan başqa, səhhətində problem olanlara pulsuz dərmanlar verilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR