Bank Of Baku

Yaponiyanın Azərbaycandakı səfiri Lənkəran rayonuna səfər edib - FOTO

Yaponiyanın Azərbaycandakı səfiri Lənkəran rayonuna səfər edib - <span style="color: red;">FOTO
# 05 mart 2013 12:40 (UTC +04:00)

Bakı-APA. Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe bu gün Lənkəran rayonuna səfər edib. APA-nın cənub bürosunun xəbərinə görə, səfər çərçivəsində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Lənkəran  Rayonunun Zövlə kəndində həkim məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib. Mərasimdə rayon rəhbərliyi də iştirak edib.

 

Həmçinin o da qeyd olunub ki, respublikanın ayrı-ayrı rayonlarında tikilən müalicə diaqnostika mərkəzləri, rayon mərkəzi xəstəxanalarının ən müasir səviyyəyə gətirilməsi və onların yüksək tibbi avadanlıqlarla təmin edilməsini bunun bariz nümunəsidir.

 

Layihənin məqsədi rayon mərkəzindən uzaqda yaşayan Zövlə kəndində əhalinin uzun müddətdir əziyyət çəkdiyi tibbi xidmətin səviyyəsinin artırmaq və onlar üçün yüksək keyfiyyətli səhiyyə xidmətini təşkil etməkdir.

 

Tikiləcək müasir tipli 7 otaqlı yeni həkim məntəqəsinin modern tibbi avadanlıqlarla təchizatı da həyata keçiriləcək. Yeni məntəqənin tikintisi Zövlə kəndi ilə yanaşı qonşu kəndlərdə yaşayan sakinlərində normal şəkildə səhiyyə xidmətlərindən faydalanması və elementar tibbi yardım üçün uzaq məsafə qət etmək problemləri aradan qaldıracaq. Ümumi dəyəri 123 min 400 ABŞ dolları təşkil edən layihədən 5800  sakin  faydalanacaq.

 

Qeyd edək ki, bu, indiyədək Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Lənkəranda həyata keçirdiyi altıncı belə layihədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR