Bank Of Baku

Yaponiyanın qrant proqramı çərçivəsində Saatlıda yeni suvarma sistemi tikiləcək

Yaponiyanın qrant proqramı çərçivəsində Saatlıda  yeni suvarma sistemi tikiləcək
# 21 dekabr 2012 16:45 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı – APA.  Yaponiyanın “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Saatlıda  yeni suvarma sistemi tikiləcək. Bu barədə APA-nın Mil-Muğan bürosuna Yaponiya səfirliyinin mətbuat xidmətindən məlumat daxil olub. Bu gün Saatlı icra hakimyyətində  Yaponiya hökumətinin  “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçiriləcək “Saatlının Məzrəli və Naharlı kəndlərinin suvarma sisteminin yenidən tikintisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib. İmzalanma mərasimində Yaponiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Şuşuke Vatanabe, Saatlı rayon İcra hakimiyyəti başçısının birinci müavini İlham Quliyev iştirak ediblər.  Qrant sazişini səfir Şuşuke Vatanabe və “Davamlı İnkişafa doğru” İB-nin sədri Namiq Heydərov imzalayıb. Layihənin əsas məqsədi Saatlının Məzrəli və Naharlı kəndlərinin suvarma sistemini təkmilləşdirməkdir. Layihədən 2 mindən çox sakin faydalanacaq. Layihənin ümumi dəyəri 123 min ABŞ dolları təşkil edir.

 

Bu vaxta qədər Saatlı rayonun üzrə hazırkı layihə də daxil olmaqla 3 layihə imzalanıb. Bura  Mollavizli kəndində məktəb  və Varxnkənddə isə tibb məntəqəsinin tikintiləri daxildir.

 

Qeyd edək ki, Yaponiyanın Azərbaycana ayırdığı inkişaf üçün rəsmi yardım iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə, ümumi məbləği artıq 1,2 milyard ABŞ dollarını keçib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR