Bank Of Baku

Yasamal rayonunda ağacların qanunsuz kəsilməsinə görə 40 000 manat məbləğində cərimə tətbiq edilib

Yasamal rayonunda ağacların qanunsuz kəsilməsinə görə 40 000 manat məbləğində cərimə tətbiq edilib
# 02 aprel 2014 14:45 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əraziyə baxış keçirilən zaman diametri 38-40 sm olan 10 ədəd şam ağacının gecə saatlarında kəsilməsi faktı aşkar olunub və təqsirkarlar müəyyənləşdirilib.

 

Ağacların qanunsuz kəsilməsi ilə əlaqədar ETSN-in Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə görə protokol tərtib olunaraq, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi hüquqi şəxs qismində 40 000 manat məbləğində cərimə edilib.

 

Eyni zamanda, sözügedən ərazidə yeni yaşıllıqların salınaraq mühafizə olunması və onlara qulluq göstərilməsi üçün Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan göstəriş verilib. Müvafiq olaraq sözügedən əraziyə sərəncam vermiş Yasamal Rayon İcra Hakimiyyətinə də məktubla müraciət olunub.

 

Məktubda xatırladılıb ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən torpaq ayrılması ilə bağlı sərəncam verilərkən həmin sənəd Nazirlər Kabinetinin 42 saylı qərarının tələblərinə uyğun olaraq aidiyyəti qurumlarla, o cümlədən aparılacaq tikinti-quraşdırma və ya abadlıq işləri ilə bağlı Fövqəladə Hallar Nazirliyi, ekoloji təsirlərin qiymətləndirilməsi məqsədilə isə ETSN-la razılaşdırılmalıdır.

 

"Yəni, mütəxəssislər tərəfindən həmin yerdəki ağaclar təftiş olunaraq hansıların yaşının ötmüş, inkişafının dayanmış olduğu müəyyənləşdirilməli, sağlam ağaclar digər yerlərə köçürülməli, tikinti aparılacaqsa tikintinin yanında saxlanılması üçün müvafiq göstərişlər və rəylər bildirilməli idi. Əgər bu razılaşdırma prosesi olsaydı sözügedən ərazidə  bu hal baş verməzdi", - deyə nazirlikdən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR