Bank Of Baku

Zaqatala və Qax rayonlarında zəlzələdən zərər çəkmiş körpələr evi-uşaq bağçaları yenidən istifadəyə verilib

Zaqatala və Qax rayonlarında zəlzələdən zərər çəkmiş körpələr evi-uşaq bağçaları yenidən istifadəyə verilib
# 24 dekabr 2013 11:55 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, Zaqatala zəlzələdən zərər görmüş 9 körpələr evi-uşaq bağçasında dövlət vəsaiti hesabına bərpa-gücləndirmə və əsaslı təmir işlərinə başlanılıb.

 

Bu bağçalardan artıq ikisi - Əliabad qəsəbəsindəki 4 saylı və Aşağı Tala kəndindəki 1 saylı körpələr evi-uşaq bağçaları bu gündən qapılarını balacaların üzünə açıb. Bərpa-gücləndirmə və əsaslı təmir-tikinti işləri nəticəsində körpələr evi-uşaq bağçasının binasının daxili interyeri tamamilə dəyişdirilərək müasir səviyyəyə çatdırılıb. Eyni zamanda burada müasir istilik sistemləri quraşdırılıb, santexnika qurğuları yenilənib, yeni invertar avadanlıq və yumşaq yataq dəstləri ilə təmin edilib. Bu münasibətlə keçirilən açılış mərasimlərində Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, müvafiq təşkilatların nümayəndələri, Əliabad qəsəbə və Aşağı Tala kənd sakinləri iştirak edib. Tədbirlərdə çıxış edən Zaqatala RİH-in başçısı Mübariz Əhmədzadə və digər natiqlər körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi münasibətilə kənd sakinlərini təbrik ediblər. Tədbirdə vurğulanıb ki, digər körpələr evi-uşaq bağçalarında da bərpa-gücləndirmə işləri tezliklə yekunlaşacaq.

 

Daha bir körpələr evi-uşaq bağçası Qax şəhərində istifadəyə verilib. Qax şəhər 6 saylı körpələr evi-uşaq bağçası da 2012-ci ilin may ayında baş verən zəlzələdən sonra yararsız vəziyyətə düşüb. Nazirlər Kabinetinin qərarı ilə bu ilin sentyabr ayında 75 yerlik bu tərbiyə müəssisəsində başlanılan bərpa gücləndirmə  işləri nəticəsində körpələr evi-uşaq bağçasının binasının daxili interyeri tamamilə dəyişdirilərək müasir səviyyəyə çatdırılıb. Eyni zamanda burada da müasir istilik sistemləri quraşdırılıb, santexnika qurğuları yenilənib, inventar və yumşaq yataq dəstləri ilə təmin edilib. Qax şəhər 6 saylı körpələr evi-uşaq bağçasının bərpa gücləndirmədən sonra yenidən istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə rayon rəhbərliyi, müvafiq təşkilat nümayəndələri və şəhər sakinləri iştirak edib. Tədbirdə bildirilib ki, hazırda rayonda daha bir neçə uşaq bağçasının əsaslı təmiri həyata keçirilir, birinin isə yenidən inşası nəzərdə tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR