Daşkəsən. Azər Məmmədli – APA-Economics. Nəqliyyat Naziri Ziya Məmmədov bu gün Daşkəsəndə Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarında yaşayan vətəndaşları qəbul edib.
“APA-Economics”in bölgə müxbirinin məlumatına görə, nazir vətəndaşları dinləyərək, onların şikayət və təklifləri ilə tanış olub.
Vətəndaşların müraciətləri əsasən rayonlararası və kənddaxili yolların bərpası, dağ çayları üzərində körpülərin salınması, işlə təminat və digər məsələlərlə bağlı olub.
Qaldırılan problemlərin əksəriyyəti yerində həll olunub, digərləri nəzarətə götürülüb. Nəqliyyat naziri bəzi məsələnin araşdırılması və lazımi tədbirlər görülməsi ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verib.