Bank Of Baku

Xəstəliklərin erkən aşkarlanması məqsədilə 6400-ə yaxın uşaqdan test götürülüb

Xəstəliklərin erkən aşkarlanması məqsədilə 6400-ə yaxın uşaqdan test götürülüb
# 23 dekabr 2022 11:35 (UTC +04:00)

"Cari ilin may ayından etibaran, yenidoğulmuşlar arasında anadangəlmə və irsi xəstəliklərin erkən aşkarlanması məqsədilə 6400-ə yaxın uşaq testlərə cəlb olunub".

APA xəbər verir ki, bunu bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İcraçı Direktor müavini Araz Nəsirov deyib.

Onun sözlərinə görə, testlər TƏBİB-in tabeliyindəki tibb müəssisələrində götürülüb:

"Kisti-fibroz xəstəliyinin erkən aşkarlanması məqsədilə uşaqlardan tər testi nümunələri götürülüb. Bu müayinə nəticəsində uşaqlar arasında əlillik hallarının qarşısını almaq mümkündür. Ötən ilin aprel ayından bu günə qədər uşaqlar arasında Xidmətlər Zərfi çərçivəsində 404 tər testi aparılıb. Həmçinin beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində, tibb müəssisələrinə "Körpə dostu və Ana Dost klinikası" nişanı verilməsi ilə bağlı işlər də görülür".

Aysel Şahmar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR