Bank Of Baku

Xətaidə kanalizasiya kollektoru çöküb, bəzi evlərin zirzəmilərinin və həyətyanı sahələrinin su basıb - VİDEO

Xətaidə kanalizasiya kollektoru çöküb, bəzi evlərin zirzəmilərinin və həyətyanı sahələrinin su basıb - VİDEO
# 20 mart 2026 11:48 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu Zeytun küçəsində kanalizasiya kollektorunda çökmə nəticəsində ərazidə bəzi evlərin zirzəmilərinin və həyətyanı sahələrinin subasmaya məruz qalması barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması məqsədilə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Hazırda subasmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR