Bank Of Baku

Xocalı sakini: Yurda qayıtmağın sevincini sözlə ifadə etmək çətindir

Səyyarə Sadıqova

© APA | Səyyarə Sadıqova

# 16 fevral 2026 13:13 (UTC +04:00)

Uzun illər idi yurd həsrəti ilə yaşayırdıq. Şükür Allaha həsrət başa çatıb. Çətin günlər geridə qalıb. Artıq biz doğma yurda qayıtmışıq.

Bu sözləri APA-nın Qarabağ bürosuna bu gün Xocalı şəhərinə qayıdan keçmiş məcburi köçkün Səyyarə Sadıqova deyib. Keçmiş məcburi köçkün onlara yaradılan şəraitə görə dövlət başçısına təşəkkürünü bildirib:

"Bizi hər şəraitlə təmin etdiyi üçün Prezidentimizə təşəkkür edirəm. Torpaqlarımızın azadlığı yolunda canlarını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Çox sevinirəm. Bunu sözlərlə ifadə etmək mümkün deyil".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR