Bank Of Baku

Xocalıda traktorun minaya düşməsi nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb

Xocalıda traktorun minaya düşməsi nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb
# 24 avqust 2023 18:08 (UTC +04:00)

Avqustun 24-ü Xocalı rayonunun işğaldan azad edilmiş Sığnaq kəndi ərazisində təsərrüfat işləri aparan zaman traktorun tank əleyhinə minaya düşməsi nəticəsində xəsarət alan 1987-ci il təvəllüdlü Əfqan Ələkbərlinin vəziyyəti açıqlanıb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Əfqan Ələkbərli yüngül xəsarətlərlə TƏBİB-in tabeliyindəki Şuşa Modul Tipli Xəstəxanaya hospitalizasiya olunub.

Qeyd edilib ki, zəruri tibbi yardım göstərilib: "Vəziyyəti qənaətbəxşdir. Ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR