Bank Of Baku

Xocavəndə növbəti köç karvanı yola salınıb

Xocavəndə növbəti köç karvanı yola salınıb
# 25 avqust 2026 12:35 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində Xocavənd rayonuna növbəti köç karvanı yola salınıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, bu mərhələdə Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə ümumilikdə 48 ailə – 191 nəfər köçürülüb.

Onlardan 19 ailə (88 nəfər) Xocavənd şəhərinə, 11 ailə (42 nəfər) Qırmızı Bazar qəsəbəsinə, 13 ailə (61 nəfər) isə Quzeyxırman kəndinə yola salınıb.

Köçürülən ailələr uzun illər respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşıblar.

Sakinlər doğma torpaqlarına qayıtdıqları üçün sevinc hisslərini bölüşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR