Bank Of Baku

Xüsusi qayğıya ehtiyacı olan vaxtından əvvəl doğulmuş uşaqlarla bağlı tibbi xidmətlərin sayı artırılacaq

Xüsusi qayğıya ehtiyacı olan vaxtından əvvəl doğulmuş uşaqlarla bağlı tibbi xidmətlərin sayı artırılacaq
# 23 dekabr 2022 12:04 (UTC +04:00)

"Xüsusi qayğıya ehtiyacı olan vaxtından əvvəl doğulmuş uşaqların sağlamlıqlarının qorunmasını təmin etmək məqsədilə Xidmətlər Zərfinə 221 sayda tibbi xidmət daxil edilib".

APA xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı Direktor müavini Araz Nəsirov deyib.

Onun sözlərinə görə, növbəti illərdə xidmətlərin sayının daha da artırılması nəzərdə tutulub:

“Tibb müəssisələrinin maddi-texniki bazası mütəmadi olaraq yenilənməkdədir. Müəssisələrimiz vaxtından əvvəl doğulmuş uşaqların inkişafında mühüm rol oynayan 15 adda dərman preparatı, həmçinin körpələrin müayinə və müalicəsində istifadə olunan 63 adda tibbi ləvazimatlarla təchiz olunurlar".

O qeyd edib ki, uşaqlara və böyüklərə göstərilən tibbi xidmətlər bununla yekunlaşmır:

"Qarşıda bizi daha böyük və yeni hədəflər, gələcəyimizin təminatçıları olan uşaqlarımız üçün daha çox işlər gözləyir".

Aysel Şahmar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR