Bank Of Baku

Yeni peşə təhsili ixtisasları yaradılıb

Yeni peşə təhsili ixtisasları yaradılıb
# 30 iyun 2026 15:04 (UTC +04:00)

“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib, yeni ixtisaslar yaradılıb.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqaməti üzrə” hissədə “030204 Kommersiya” ixtisas qrupuna “Tədbirlərin planlaşdırılması və təşkili”, “Satış və marketinq” və “Satınalmaların təşkili”, “030214 Avtomatlaşdırılmış texnologiyalar və istehsal” ixtisas qrupuna “Mexatronika” və “İstehsalata rəqəmsal nəzarət sistemləri” ixtisasları əlavə edilib.

“030219 İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti” ixtisas qrupuna “Rəqəmsal məzmun idarəçiliyi” və “3D rəqəmsal oyun dizayneri”, “III. “Kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı” peşə istiqaməti üzrə” hissənin “030301 Bitkiçilik” ixtisas qrupuna“Bitki mühafizəsi və 2 fumiqasiya işləri üzrə texnik” ixtisası, “IV. “Energetika, elektrotexnika, cihazqayırma və optik texnika, radiotexnika, rabitə və informasiya texnologiyaları” peşə istiqaməti üzrə” hissənin “030433 Geomatika” ixtisas qrupuna “Geodeziya və kartoqrafiya” ixtisası,

“VIII. “İlkin tələbat və qida məhsullarının texnologiyası” peşə istiqaməti üzrə” hissənin “030811 Bitki və marqarin yağı istehsalı” ixtisas qrupuna “Qida emalı texnologiyaları” ixtisası, “IX. “İnşaat və arxitektura” peşə istiqaməti üzrə” hissədə “030908 Ümumi inşaat işləri” ixtisas qrupuna “Rəqəmsal inşaat üzrə mütəxəssis” ixtisası, “030918 Elektrik avadanlıqları və elektrik şəbəkələrinin elektroquraşdırılması” ixtisas qrupuna “Elektrik sayğacları texniki” ixtisası əlavə olunub.

Nazirlər Kabineti “Ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı”nda da dəyişiklik edib və yeni ixtisaslar üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı müəyyənləşib:

169.

3D rəqəmsal oyun dizayneri

1 860

170.

Alternativ enerji qurğu avadanlıqlarının istismarı

2 470

2

171.

Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları üzrə operator

1 280

172.

Bədii tikmə ustası

1 930

173.

Daş memarlıq abidələrinin bərpaçısı

1 650

174.

Dronların texniki xidməti təmiri üzrə texnik

2 390

175.

Elektrik sayğacları texniki

2 580

176.

Elektrik və hibrid avtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik

2 710

177.

Günəş panelləri quraşdırıcısı təmirçisi

2 580

178.

İstehsalata rəqəmsal nəzarət sistemləri

2 180

179.

Kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis

1 340

180.

Mexatronika

2 710

181.

Musiqi alətlərinin ustası

2 336

182.

Qida və içki üzrə nəzarətçi

2 210

183.

Rəqəmsal inşaat üzrə mütəxəssis

1 880

184.

Rəqəmsal məzmun idarəçiliyi

1 860

185.

Satış marketinq

1 360

186.

Suvarma maşınları nasos qurğuları maşinisti

2 388

187.

Tədbirlərin planlaşdırılması təşkili

1 590

188.

Yeraltı qaz kəmərlərinin təmiri istismarı üzrə çilingər

2 570

189.

Kompüter sistem inzibatçısı

1 440

190.

Geodeziya kartoqrafiya

1 650

191.

Satınalmaların təşkili

1 340

192.

Qida emalı texnologiyaları

2 210

193.

Bitki mühafizəsi fumiqasiya işləri üzrə texnik

2 200

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR