Zaporojyeyə raket hücumu nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb

Zaporojyeyə raket hücumu nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb
# 13 avqust 2022 00:31 (UTC +04:00)

Ukraynanın Zaporojye şəhərinə raket hücumu nəticəsində bir qadın həlak olub, daha iki nəfər isə qəlpə yaraları alıb.

APA xəbər verir ki, bu barədə “Telegram” kanalında Zaporojye şəhərinin meri Anatoli Kurtev məlumat yayıb.

“Bir qadın aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qəlpə yaraları ilə daha iki nəfər xəstəxanaya yerləşdirilib və onlara xəstəxanada tibbi yardım göstərilir", - o yazıb.

Bundan əvvəl bildirilib ki, Zaporojye şəhərinə hücum edilib. Ümumilikdə 5 mərmi atılıb. İnfrastruktur obyektləri və yanacaqdoldurma məntəqələri dağıdılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR